BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22,8 milyard dollar ayrılacaq

 Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22,8 milyard dollar ayrılacaq
Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması üçün 2030-cu ilədək dövlət investisiyalarının ümumi həcminin 22,82 milyard dollara çatacağı proqnozlaşdırılır.
 
1business.media xəbər verir ki, 2020–2025-ci illərdə Böyük Qayıdış üzrə birinci Dövlət Proqramı çərçivəsində dövlət büdcəsindən bu məqsədlə 12,94 milyard dollar vəsait ayrılıb.
 
2026-cı il üçün əlavə 2,06 milyard dollar nəzərdə tutulub. 2027–2030-cu illərdə isə bərpa və yenidənqurma işlərinin davam etdirilməsi üçün daha 7,82 milyard dollar tələb olunacağı gözlənilir.
 
Beləliklə, 2020–2030-cu illəri əhatə edən dövrdə azad edilmiş ərazilərə dövlət investisiyalarının ümumi həcmi 22,82 milyard dollar təşkil edə bilər.
 
Vəsaitlər yaşayış məntəqələrinin bərpasına, nəqliyyat və enerji infrastrukturunun qurulmasına, sosial obyektlərin tikintisinə və iqtisadi fəaliyyətin canlandırılmasına yönəldiləcək.
 
Qeyd edək ki, göstərilən məbləğ 2030-cu ilədək nəzərdə tutulan investisiyaların ilkin qiymətləndirilməsidir və gələcək illər üçün proqnozlaşdırılan vəsaitləri də əhatə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05