Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi – ƏDV seçimi əlavə edildi
1business.media xəbər verir ki, Yelo Bank İnternet Bankçılıq xidməti vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişlərini onlayn həyata keçirmək imkanını yeniləyib. Artıq ödəniş zamanı ƏDV-li və ƏDV-siz seçimlərdən istifadə etmək mümkündür.
Xidmət sərnişin və yük daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin sahibləri üçün nəzərdə tutulub. Ödənişləri internet üzərindən istənilən məkandan həyata keçirmək mümkündür.
Yenilənmiş Yelo İnternet Bankçılıqda xidmətin interfeysi də təkmilləşdirilib. İstifadəçilər kompüter və smartfon vasitəsilə əməliyyatı həyata keçirə bilərlər. Sistem ikiqat təhlükəsizlik imkanları ilə təmin olunub.
Yelo Bank bildirir ki, yeni imkan reysqabağı yoxlama ödənişlərinin daha rahat və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradır.
