BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Azərbaycanda mülki məsuliyyət sığortası üzrə ödənişlər 218,6 faiz artıb

 Azərbaycanda mülki məsuliyyət sığortası üzrə ödənişlər 218,6 faiz artıb
Azərbaycanda mülki məsuliyyət sığortası üzrə ödənişlərin həcmi bu ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 223 min manat artıb.
 
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə 325 min manat ödəniş həyata keçirilib.
 
2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 102 min manat təşkil edib. Beləliklə, illik artım 223 min manat və ya 218,6 faiz olub.
 
Hesabat dövründə mülki məsuliyyət sığortası üzrə toplanan sığorta haqları da yüksəlib. Belə ki, 2026-cı ilin ilk doqquz ayında 24 milyon 223 min manat sığorta haqqı toplanıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 929 min manat və ya 8,7 faiz çoxdur.
 
2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 22 milyon 294 min manat olub.
 
Statistikaya əsasən, 2026-cı ildə toplanan hər 100 manat sığorta haqqına 1,34 manat ödəniş düşüb. Ötən ilin eyni dövründə isə bu məbləğ 0,46 manat olub.
 
Beləliklə, mülki məsuliyyət sığortası üzrə həm sığorta haqlarında, həm də ödənişlərdə artım qeydə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05