BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Azərbaycanda peşə məsuliyyəti sığortası üzrə yığımlar 14 faiz artıb

 Azərbaycanda peşə məsuliyyəti sığortası üzrə yığımlar 14 faiz artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda peşə məsuliyyəti sığortası üzrə 1 milyon 991 min manat sığorta haqqı toplanılıb.

1business.media xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 243 min manat və ya 13,9 faiz çoxdur. 2025-ci ilin yanvar-sentyabr aylarında peşə məsuliyyəti sığortası üzrə 1 milyon 748 min manat sığorta haqqı yığılmışdı.

Hesabat dövründə bu sığorta növü üzrə ödənişlərin həcmi isə 13 min manat təşkil edib. Ötən ilin eyni dövründə ödənişlər 11 min manat olub.

Beləliklə, peşə məsuliyyəti sığortası üzrə ödənişlər bir il ərzində 2 min manat və ya 18,2 faiz artıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05