BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Azərbaycanda kredit sığortası üzrə yığımlar artdı

 1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda kredit sığortası üzrə 4 milyon 24 min manat sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövründə 4 milyon 19 min manat olub.

Beləliklə, kredit sığortası üzrə yığımlar bir il ərzində 5 min manat və ya 0,1% artıb. 

Sığorta ödənişlərində isə azalma qeydə alınıb. 2025-ci ilin ilk 9 ayında 50 min manat təşkil edən ödənişlər bu ilin eyni dövründə 39 min manata düşüb.

Nəticədə kredit sığortası üzrə ödənişlər illik müqayisədə 11 min manat və ya 22% azalıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05