Azərbaycan Sənaye Sığortanın yığımları 5 milyon manat azalıb
1business.media xəbər verir ki, “Azərbaycan Sənaye Sığorta” ASC-nin 2026-cı ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqları 19,78 milyon manat təşkil edib.
Şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 4,98 milyon manat və ya 20% azalıb. 2025-ci ilin ilk 9 ayında bu göstərici 24,76 milyon manat olub.
Şirkətin göstəricilərində əsas geriləmə qeyri-həyat sığortası üzrə hesablanmış haqlarda qeydə alınıb. Bu istiqamətdə yığımlar 24,8 milyon manatdan 19,8 milyon manata düşüb.
“Azərbaycan Sənaye Sığorta”nın nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu Investment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.
