BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Yaşam sığortasında yığımlar 600 milyon manatı keçdi

 Yaşam sığortasında yığımlar 600 milyon manatı keçdi

1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyatın yaşam sığortası üzrə 613,78 milyon manat sığorta haqqı toplanıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,39 milyon manat və ya 12,5% çoxdur. 2025-ci ilin ilk 9 ayında yaşam sığortası üzrə yığımlar 545,4 milyon manat təşkil edib. 

Hesabat dövründə sığorta ödənişləri daha yüksək templə artıb. Belə ki, müştərilərə 643,37 milyon manat ödəniş edilib. Ötən ilin eyni dövründə bu rəqəm 476,31 milyon manat olub.

Beləliklə, ödənişlərin həcmi bir il ərzində 167,07 milyon manat və ya 35,08% artıb. Ödənişlərin məbləği toplanan sığorta haqlarını təxminən 29,6 milyon manat üstələyib.

Məlumatlara görə, yaşam sığortasında ödənişlərin sürətli artmasının səbəblərindən biri əvvəlki illərdə bağlanmış uzunmüddətli müqavilələrin ödəniş mərhələsinə çatmasıdır.

 

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05