BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Zəngilandakı “Dost Aqropark”a 100 milyon dollar investisiya yatırılır – 500 nəfər işlə təmin olunacaq

 Zəngilandakı “Dost Aqropark”a 100 milyon dollar investisiya yatırılır – 500 nəfər işlə təmin olunacaq
Zəngilan rayonunda yaradılan “Dost Aqropark” layihəsinə ümumilikdə 100 milyon dollar sərmayə qoyulması nəzərdə tutulur. Layihənin bütün mərhələləri tamamlandıqdan sonra burada 500 nəfərin işlə təmin edilməsi planlaşdırılır.
 
1business.media xəbər verir ki, Azərbaycan və Türkiyə investorlarının birgə həyata keçirdiyi aqropark Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir.
 
Layihənin birinci mərhələsində heyvandarlıq kompleksləri, inzibati və sosial binalar inşa edilib. Əraziyə 3 500 baş cins qaramal gətirilib, bitkiçilik istehsalına başlanılıb.
 
Növbəti mərhələlərdə 6 min hektar sahədə kənd təsərrüfatı istehsalının təşkili, 10 min baş cins heyvan üçün heyvandarlıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Kompleksdə ət emalı və qablaşdırma müəssisəsi, eləcə də 100 min ton tutumlu anbarın tikilməsi planlaşdırılır.
 
Aqroparkda istehsal edilən məhsulların “Made in Qarabağ” brendi ilə xarici bazarlara çıxarılması da hədəflənir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05