Ukrayna səfiri Milla Dairy-də: süd emalı və qablaşdırma prosesləri ilə tanışlıq
1business.media xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Agro Dairy-nin süd emalı klasterinə daxil olan Milla Dairy şirkətinə səfər edib.
Görüşdə Agro Dairy-nin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, Heyvandarlıq klasterinin idarəedici direktoru Elman Orucov və Milla Dairy-nin baş direktoru Azər Vahabzadə iştirak ediblər.
Səfirə müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və texnoloji imkanları barədə məlumat verilib.
Daha sonra istehsal sahələrinə baxış keçirilib. Yuri Qusev süd məhsullarının emalı və qablaşdırılması proseslərini yerində izləyib, tətbiq olunan texnologiyalar və keyfiyyət standartları ilə tanış olub.
#1businessmedia #MillaDairy #AgroDairy #Azərbaycan #Ukrayna #QidaSənayesi
