BOKT-lar üçün yeni idarəetmə standartları layihəsi hazırlanıb — nə nəzərdə tutulur?
1business.media xəbər verir ki, bank olmayan kredit təşkilatları üçün yeni korporativ idarəetmə standartları layihəsi hazırlanıb.
Bu barədə Bakıda keçirilən “Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” konfransında Mərkəzi Bankın departament direktoru Xəyyam İsmayılov məlumat verib. Bildirilib ki, layihə BOKT-ların idarəetmə sistemlərinin təkmilləşdirilməsinə və institusional potensialının gücləndirilməsinə yönəlib.
Konfransda çıxış edən Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev biznesin maliyyə xidmətlərinə çıxışının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə maliyyə bazarı iştirakçıları üçün məlumatların və süni intellektin idarə edilməsinə dair tövsiyə xarakterli metodoloji rəhbərliklərin hazırlandığı da açıqlanıb. Müzakirələrdə risklərin idarə olunması, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılığın qarşısının alınması məsələlərinə yer verilib.
Konfrans Mərkəzi Bankın tərəfdaşlığı və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
#1businessmedia #MərkəziBank #BOKT #Mikromaliyyə #Maliyyə
