1business.media xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Bakıda təşkil etdiyi əmək yarmarkasında 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib.
Oktyabrın 28-də keçirilən tədbirdə uyğun namizədlərin qeydiyyatı aparılıb. İşaxtaranlara peşə hazırlığı kursları, müraciət qaydaları və karyera imkanları barədə məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, bu il 200-ə yaxın əmək yarmarkası keçirilib. Bu tədbirlər işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına xidmət edir






