BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes / İnvestisiya

Xankəndidə Türkiyə və Özbəkistanla sosial müdafiə üzrə əməkdaşlıq müzakirə olunub

Oktyabrın 23-də Xankəndidə keçirilən “SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ikitərəfli görüşlər keçirib.

1business.media xəbər verir ki, Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan və Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayevlə görüşüb.

Görüşlərdə sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, sosial xidmətlərin rəqəmsallaşdırılması, innovativ həllərin tətbiqi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər sosial xidmətlərin əlçatanlığının artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.


Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05