“SOCAR Polymer” layihəsi çərçivəsində Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodunun təməlinin qoyulmasından 11 il ötür.
1business.media xəbər verir ki, şirkət bununla bağlı rəsmi sosial media hesabında paylaşım edib. Paylaşımda müəssisənin yerli istehsalın və Azərbaycanın sənaye potensialının inkişafına töhfəsi vurğulanıb.
Qeyd edək ki, zavodun təməlqoyma mərasimi 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
