NEQSOL Holding şəhid ailələri və qazilər üçün 150 min manat ianə edibNEQSOL Holding “YAŞAT” Fondu ilə birgə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dəstəklənməsi məqsədilə xeyriyyə turniri təşkil edib.
1business.media xəbər verir ki, “YAŞAT Kuboku” adlanan intellektual yarış “Nə? Harada? Nə zaman?” oyunu formatında keçirilib.
Turnirdə 32 komanda üzrə 200-dək iştirakçı mübarizə aparıb. Yarışda holdinqin tərkibindəki şirkətlərin, “YAŞAT” Fondunun, digər təşkilatların əməkdaşları və fərdi iştirakçılar yer alıblar.
Tədbirin əsas məqsədi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək göstərilməsi üçün ianə toplamaq olub. İştirakçı şirkətlər tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 150 min manat vəsait köçürülüb.
Komandalar 48 sualı cavablandırıblar. Yarışın sonunda qaliblər medal və sertifikatlarla təltif olunub, birinci yeri tutan komandaya isə “YAŞAT Kuboku” təqdim edilib.
NEQSOL Holding-in məlumatına görə, 2021-ci ildən indiyədək holdinqə daxil olan şirkətlər tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 4 milyon manat ayrılıb. Bu əməkdaşlıq çərçivəsində 5 mindən çox şəxsə dəstək göstərilib. 2026-cı ildə yardım alanların sayı 2 500-ə yaxın olub.
