AzInTelecom-un dəstəyi ilə TechConnect 2026 keçiriləcək
1business.media xəbər verir ki, Bakıda AzInTelecom-un dəstəyi ilə TechConnect Week 2026 tədbiri keçiriləcək.
2–7 noyabr tarixlərində təşkil olunacaq tədbir çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində süni intellekt və yeni texnologiyalar üzrə təlimlər keçiriləcək. Tələbələr nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar yerinə yetirəcək, komandalar şəklində texnoloji həllər hazırlayacaqlar.
Tədbirin əsas hissəsi noyabrın 7-də Baku Events Hall-da baş tutacaq. Burada süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası müzakirə ediləcək.
TechConnect 2026-da 1 000-dən çox iştirakçı, 30-dan çox spiker və 20-dən çox tərəfdaşın iştirakı gözlənilir. Tədbirin əsas məqsədi gənclərin texnoloji bilik və bacarıqlarını artırmaq, süni intellektin tətbiq imkanlarını geniş tanıtmaq və akademik mühitlə innovasiya ekosistemi arasında əlaqələri gücləndirməkdir.
