BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Heyvanların elektron qeydiyyatı: Azərbaycan Litva və Latviya təcrübəsini öyrənir

 Heyvanların elektron qeydiyyatı: Azərbaycan Litva və Latviya təcrübəsini öyrənir

1business.media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndə heyəti heyvanların identifikasiyası və qeydiyyatı sahəsində təcrübə mübadiləsi üçün Litva və Latviyada səfərdə olub.

Vilnüs və Riqada keçirilən görüşlərdə heyvanların fərdi identifikasiyası, elektron qeydiyyatı, hərəkətinin izlənilməsi və məlumat bazalarının digər informasiya sistemləri ilə inteqrasiyası müzakirə edilib.

Səfərdə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin — HİQS-in rəqəmsal infrastrukturunun inkişafına xüsusi diqqət ayrılıb.

Paylaşımda bildirilib ki, öyrənilən təcrübənin sistemin təkmilləşdirilməsinə, heyvan sağlamlığına nəzarətin və qida təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməsi gözlənilir.

#1businessmedia #AQTA #AQTİ #AqrarSektor #QidaTəhlükəsizliyi

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05