Azərbaycan və Belarusdan rəqabət sahəsində yeni plan — Xankəndidə imzalanıb
1business.media xəbər verir ki, Azərbaycan və Belarus arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq üzrə 2027–2028-ci illəri əhatə edən Fəaliyyət Planı imzalanıb.
Sənəd Xankəndidə keçirilən MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası çərçivəsində qəbul olunub. Plan birgə tədbirlərin təşkilini, təcrübə mübadiləsini və rəqabət siyasəti üzrə ortaq təşəbbüsləri nəzərdə tutur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçis ilə əməkdaşlığın inkişafını müzakirə edib.
İclas çərçivəsində Qırğızıstan nümayəndələri ilə də görüş keçirilib, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
#1businessmedia #Rəqabət #Azərbaycan #Belarus #Xankəndi
