BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes / Market-Bazar

Prezident təqaüdçülərinə Veysəloğlundan təbrik — dörd tələbə ilə görüş keçirilib

1business.media xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov Prezident təqaüdünə layiq görülmüş dörd tələbə və onların valideynləri ilə görüşüb.

Qrupun əməkdaşlarının övladları olan gənclər 2026–2027-ci tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticələr göstəriblər:

  • Hüseyn Seyidov — 689,8 bal: Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi;
  • Aylin Nəbiyeva — 667,4 bal: Bakı Ali Neft Məktəbi, Maliyyə;
  • Əli Umudov — 662 bal: Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə;
  • Xəyal Xasməmmədli — 659,4 bal: Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə.

Aydın Talıbov gəncləri təbrik edərək nəzəri bilikləri təcrübə ilə birləşdirməyin və ixtisaslarına uyğun şirkətlərlə əlaqə qurmağın əhəmiyyətini vurğulayıb.

Görüşün sonunda tələbələrə hədiyyələr təqdim olunub. Qeyd edək ki, builki qəbul imtahanlarında Qrupun ümumilikdə 16 əməkdaşının övladı 600-dən çox bal toplayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05