1business.media xəbər verir ki, “Brand Award International 2026” müsabiqəsində mükafatlandırılan 50 ticarət markası arasında Veysəloğlu Şirkətlər Qrupunun 14 biznesi yer alıb.
Qrupun açıqlamasına görə, qaliblər sırasında “Araz”, “OBA”, “SPAR”, “Sirab”, “Badamlı”, “Ulduz” və digər bizneslər var.
Beşinci dəfə keçirilən müsabiqə “Award Organizers Group” tərəfindən, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının — MİLLİ.BİZ-in rəsmi dəstəyi ilə təşkil olunub.
