BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Azərbaycan iqtisadiyyatında başqa sektorların artımı

 1business.media xəbər verir ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanın iqtisadiyyatında qeyri-neft və qaz sektorunun payı təxminən 70 faiz təşkil edib.

Bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Biznes dialoqu” panelində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq investisiya tərəfdaşlığının genişləndirilməsi istiqamətində də addımlar atır. Ötən ay Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyon ABŞ dolları olan 23 korporativ və investisiya sənədi imzalanıb.

Hüseyn Hüseynov qeyd edib ki, Azərbaycan 2026–2028-ci illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Kiçik və Orta Biznes üzrə İşçi Qrupuna rəhbərlik edir. Ölkə sahibkarların beynəlxalq tərəfdaşlarla əlaqələrinin genişləndirilməsinə dəstək göstərir.

Azərbaycan üçün transsərhəd ticarət, rəqəmsallaşma, yaşıl keçid və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya əsas istiqamətlər sırasındadır.

Nazir müşaviri ölkədə kiçik və orta sahibkarlığın gücləndirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini də vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05