SOCAR və “Uzbekneftegaz”: istehsaldan logistikaya yeni əməkdaşlıq imkanları
1business.media xəbər verir ki, “SOCAR Downstream Management” MMC “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin nümayəndələri üçün işçi sessiyaları və istehsalat sahələrinə tanışlıq səfərləri təşkil edib.
Görüşlərdə istehsalın planlaşdırılması, əməliyyat səmərəliliyi, rəqəmsal həllər, satış və logistika prosesləri müzakirə olunub. Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təcrübələrə də yer verilib.
Səfər Azərbaycan və Özbəkistan arasında davam edən hökumətlərarası dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi məqsədilə həyata keçirilib. Tərəflər neftin emalı və neft məhsulları ilə bağlı fəaliyyətləri əhatə edən “downstream” sektorunda potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
#1businessmedia #SOCAR #Uzbekneftegaz #Energetika #Özbəkistan
