“Azneft”də sağlamlıq gündəmi: Lalə Sadıqzadə hormonal balansdan danışıb
1business.media xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Ayın Spikeri” layihəsinin növbəti qonağı həkim-endokrinoloq, dietoloq Lalə Sadıqzadə olub.
“Hormonal balans – xoşbəxtlik və sağlamlığın rəmzi” mövzusunda keçirilən görüşdə sağlamlığın qorunması və həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.
Lalə Sadıqzadə çıxışında mövzu üzrə mühüm məqamlara diqqət çəkib və iştirakçıların suallarını cavablandırıb.
#1businessmedia #SOCAR #Azneft #Sağlamlıq #AyınSpikeri
