BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

 Azərbaycanda özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

1business.media xəbər verir ki, özəl məhkəmə ekspertlərinin vergi və sosial sığorta öhdəlikləri müəyyənləşdirilir.

Bu barədə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə nəzərdə tutulub. Qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, özəl məhkəmə ekspertləri fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar. Məhkəmə ekspertizasının sifarişi üzrə müqavilə əsasında əldə etdikləri haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab ediləcək.

Bu gəlirlər xərclər nəzərə alınmadan 10 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Özəl məhkəmə ekspertləri vergi orqanlarına müvafiq bəyannamələr təqdim etməli olacaqlar.

Qaydalara görə, ekspertlər hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannamə verməli, hesablanmış vergini isə hər ay növbəti ayın 20-dək dövlət büdcəsinə ödəməlidirlər.

Dəyişikliklər sosial sığorta ödənişlərini də əhatə edir. Özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortasına cəlb olunacaq və gəlirlərinin xərclər çıxıldıqdan sonra 15 faizi həcmində sosial sığorta haqqı ödəyəcəklər.

Təklif olunan digər dəyişikliyə əsasən, vergi ödəyicisi kimi uçota alınmış özəl məhkəmə ekspertləri icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05