PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit təqdim etdi
1business.media xəbər verir ki, PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq üçün yeni POS Kredit məhsulunu təqdim edib.
Yeni məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlara satış dövriyyəsi əsasında girovsuz kredit əldə etmək imkanı verir.
Sahibkarlar 5 000 manatdan 250 000 manatadək kredit götürə bilərlər. Kreditin ilk 15 günü ərzində faiz hesablanmır, faktiki illik faiz dərəcəsi isə 19,06% təşkil edir.
Kredit ödənişləri sahibkarın POS üzrə satış dövriyyəsinə uyğunlaşdırılır. Beləliklə, ödənişlər satış həcminə əsasən həyata keçirilir.
POS Kreditə PAŞA Bankın onlayn bankçılıq platforması və biznes mobil tətbiqi vasitəsilə müraciət etmək mümkündür.
Kreditdən yararlanmaq üçün sahibkar ən azı 6 ay PAŞA Bankın POS xidmətindən istifadə etməli, VÖEN üzrə fəaliyyət müddəti 1 ildən çox olmalıdır. Son 6 ayın hər birində bankın POS terminalları vasitəsilə 30-dan çox əməliyyat aparılması da tələb olunur.
Kredit məbləği yalnız PAŞA Bank üzrə POS dövriyyəsi nəzərə alınmaqla müəyyən edilir.
