BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Azərbaycanda 18 torpaq sahəsi satış və icarəyə çıxarılır – qiymətlər açıqlanıb

 Azərbaycanda 18 torpaq sahəsi satış və icarəyə çıxarılır – qiymətlər açıqlanıb

1business.media xəbər verir ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi üzrə hərrac 16 sentyabr 2026-cı il saat 15:00-da keçiriləcək.

Hərracda iştirak etmək istəyən şəxslər ərizələrini 17 avqust–14 sentyabr tarixlərində təqdim edə bilərlər.

Hərraca çıxarılan torpaq sahələri 15 il müddətinə icarəyə nəzərdə tutulub. Torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlığın inkişafı məqsədilə istifadə olunacaq.

Torpaq sahələri Mingəçevir, Ağdaş, Zərdab, Göyçay, Ağstafa və Ağcabədi rayon və şəhərlərində yerləşir. Sahələrin ölçüsü 1 hektardan başlayaraq 32,62 hektaradək dəyişir.

Mingəçevirdə 2 hektarlıq torpaq sahələrinin illik ilkin icarə haqqı 274 manat, Ağdaşda 1,8 hektarlıq sahə üzrə 225 manat müəyyən edilib.

Zərdabda 3,08 hektarlıq torpağın illik ilkin icarə haqqı 431 manat, 2,13 hektarlıq sahənin isə 298 manatdır.

Göyçayda 1 və 2 hektarlıq sahələr üzrə illik icarə haqqı 140–280 manat arasında dəyişir.

Ağstafada torpaq sahələrinin ölçüsü 1,38 hektardan 32,62 hektaradəkdir. Burada illik ilkin icarə haqqı 276 manatdan 2 609 manatadək müəyyən olunub. 32,62 hektarlıq sahənin təyinatı heyvandarlıqdır.

Ağcabədidə təqdim olunan torpaq sahələrinin ölçüsü 1,06–2,38 hektar arasında dəyişir. İllik ilkin icarə haqqı 238–828 manat təşkil edir.

Hərracla bağlı müraciətlər və ətraflı məlumat üçün aidiyyəti ərazi şöbələrinə müraciət etmək mümkündür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05