Ağdaşda məktəb tikintisinə 5,5 milyon manat ayrılır
1business.media xəbər verir ki, Ağdaş şəhərində 432 şagird yerlik tam orta məktəbin tikintisi üçün tender elan edilib.
Satınalma Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilir. Söhbət Ağdaş şəhər 8 nömrəli tam orta məktəbin tikintisi işlərinin satın alınmasından gedir.
Tender üzrə satınalmanın ehtimal olunan dəyəri 5 milyon 566 min 157 manat 94 qəpik müəyyən edilib.
Şirkətlər tenderdə iştirak üçün təkliflərini noyabrın 12-dək təqdim edə bilərlər.
