BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Şirkətlərə 8 min manatadək cərimə tətbiq ediləcək

 Şirkətlərə 8 min manatadək cərimə tətbiq ediləcək

1business.media xəbər verir ki, Azərbaycanda ətraf mühitin istehsalat monitorinqi ilə bağlı tələbləri pozan hüquqi şəxslər üçün yeni cərimələr müəyyənləşdirilir.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər isə 8 min manat cərimə ediləcək. Təklif Milli Məclisdə müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Hazırda qüvvədə olan qaydalara əsasən, eyni pozuntuya görə vəzifəli şəxslər 2 500–3 500 manat, hüquqi şəxslər isə 8 500–10 min manat məbləğində cərimə edilir. Yeni dəyişikliklə hüquqi şəxslər üçün cərimənin yuxarı həddi 10 min manatdan 8 min manata endirilir.

Ekoloji hesabatla bağlı ayrıca cərimə

Qanun layihəsində ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin aidiyyəti quruma təqdim edilməməsinə görə də cərimə nəzərdə tutulur.

Bu halda vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 4 min manat cərimə edilə bilər.

Dəyişikliklərin əsas məqsədi müəssisələrin ekoloji monitorinq və hesabatlılıq tələblərinə əməl etməsini təmin etməkdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05