BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Dövlət qurumlarının avtomobilləri satışda

 1business.media xəbər verir ki, dövlət qurumlarının balansında olan avtomobillər növbəti hərracda satışa çıxarılıb.

Hərrac 18 avqust 2026-cı il saat 10:00-da keçiriləcək. Satışa müxtəlif nazirlik, komitə və icra hakimiyyətlərinə məxsus xidməti avtomobillər təqdim olunub.

Siyahıda ən yüksək start qiyməti 18 min manat olan 2008-ci il buraxılışlı Toyota Land Cruiser Prado avtomobilinə aiddir. Avtomobil İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondunun balansındadır.

Ən aşağı qiymət isə 4 min manatdır. Bu qiymətə Nərimanov Rayon İcra Hakimiyyətinin balansındakı 2007-ci il buraxılışlı Nissan Maxima satışa çıxarılıb.

Hərracda 11 min manat start qiyməti ilə Hyundai Sonata, 9 500 manatla Toyota Camry, 9 min və 8 500 manatla iki Toyota Corolla, eləcə də müxtəlif Nissan Sunny avtomobilləri də yer alıb.

Avtomobillərin start qiymətləri 4 min manatdan 18 min manatadək dəyişir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05