Azərbaycandan Qazaxıstana 39 milyon dollarlıq avtomobil ixracı
1business.media xəbər verir ki, 2026-cı ilin ilk 8 ayında Azərbaycandan Qazaxıstana 38,88 milyon dollar dəyərində 472 minik avtomobili ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə say baxımından 18,6%, dəyər baxımından isə 14,6% çoxdur.
İxrac artımında əsas pay dizel mühərrikli avtomobillərin olub. Bu avtomobillərin sayı 97-dən 218-ə, ümumi dəyəri isə 15,85 milyon dollara yüksəlib.
Benzin mühərrikli avtomobillərin ixracı isə azalıb. Bu kateqoriyada ixrac edilən avtomobillərin sayı 277-dən 236-ya düşüb, dəyəri isə 20,92 milyon dollar təşkil edib.
Qazaxıstana 1,62 milyon dollar dəyərində 17 hibrid avtomobil və 495 min dollar dəyərində bir elektrik avtomobili də göndərilib.
Ümumilikdə, Azərbaycanın Qazaxıstana ixracı 20,3% artaraq 79,32 milyon dollara çatıb. Bunun 49%-ni minik avtomobilləri təşkil edib.
