Azərbaycanlılar 1,47 milyard dollarlıq nağd valyutanı manata çevirib
1business.media xəbər verir ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanda banklar müştərilərdən 1 milyard 470,9 milyon dollar nağd ABŞ valyutası alıb.
Eyni dövrdə bankların nağd dollar satışı 851,3 milyon dollar təşkil edib. Nəticədə alışla satış arasındakı fərq 619,7 milyon dollara çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
Sentyabr ayında isə bankların nağd dollar alışları 182,2 milyon dollar, satışları 98,7 milyon dollar olub. Beləliklə, yalnız bir ay ərzində banklara 83,6 milyon dollar xalis nağd valyuta daxil olub.
Mərkəzi Bank bildirir ki, valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi cari əməliyyatlar hesabındakı profisit və maliyyə sektorunda dedollarlaşma ilə əlaqəlidir.
Sentyabrın sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon dollara yüksəlib.
