BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Bank sektorunda işçi sayı artdı

 1business.media xəbər verir ki, 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda bank sektorunda çalışanların sayı 27 775 nəfər təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, avqustun sonunda banklarda 27 773 nəfər çalışıb. Beləliklə, bir ay ərzində işçilərin sayı 2 nəfər artıb.

Ötən ilin sentyabr ayının sonunda isə bank sektorunda 26 872 nəfər çalışıb. İllik müqayisədə işçi sayı 903 nəfər və ya 3,4 faiz yüksəlib.

Sentyabrın 30-na Azərbaycanda fəaliyyət göstərən 21 bankın 507 filialı, 80 şöbəsi və 3 500 ATM-i olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05