BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Əlilliyə görə pensiya alanaların sayı azalıb

 1business.media xəbər verir ki, Azərbaycanda 2026-cı ilin sentyabrında əlilliyə görə əmək pensiyası alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azalaraq 239 971 nəfər olub. 

Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin sentyabrında bu göstərici 253,1 mindən çox olub. Beləliklə, bir il ərzində əlilliyə görə pensiya alanların sayı ən azı 13,1 min nəfər azalıb.

Əlilliyə görə aylıq sosial müavinət alanların sayı isə artıb. 2026-cı ilin sentyabrında bu kateqoriyada 224 173 nəfər olub. Ötən ilin eyni ayında göstərici 221,1 mindən çox təşkil edib.

Əlilliyə görə Prezident təqaüdü alanların sayı da 89,8 mindən 92 146 nəfərə yüksəlib.

2026-cı ilin yanvar-sentyabr aylarında 39,9 min nəfərə əlillik təyin edilib. Onlardan 16,3 min nəfərdə əlillik ilk dəfə müəyyənləşdirilib, 23,6 min nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 

Hesabat dövründə 115 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05