1business.media xəbər verir ki, Çində qızılın qiymətinin aşağı düşməsi əhali və investorlar arasında qiymətli metala marağı artırıb.
Daşınmaz əmlak bazarındakı durğunluq, səhmlərdəki zəifləmə və bank əmanətlərinin aşağı gəlirliliyi fonunda Çinlilər yığımlarını qorumaq üçün qızıla yönəlirlər.
Dünya Qızıl Şurasının məlumatına görə, sentyabrda qızıl qiymətinin geriləməsi Çində fiziki qızıla tələbin canlanmasına təsir edib. Bir sıra investorlar qiymət enişini bazara daxil olmaq üçün daha əlverişli imkan kimi qiymətləndiriblər.
Çində qızıl ETF-lərinə də maraq yüksək olaraq qalır. Sentyabrın sonunda bu fondların ümumi qızıl ehtiyatı 304 tona çataraq rekord səviyyəyə yüksəlib.
Mərkəzi Bank da qızıl alışlarını artırıb. Sentyabrda 23 ton qızıl alan Çin Mərkəzi Bankının ehtiyatları 2 410 tona yüksəlib.
