İcbari avtosığortada zərərlilik 100 faizi keçdi
1business.media xəbər verir ki, “Meqa Sığorta” ASC-nin icbari avtomobil sığortası üzrə zərərlilik əmsalı 2026-cı ilin ilk 9 ayında 106,77 faizə yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 96,37 faiz olub.
Şirkətin bu sığorta növü üzrə hesablanmış sığorta haqları 36,6 faiz azalaraq 7,43 milyon manata düşüb. Sığorta ödənişləri isə 4,5 faiz azalaraq 7,48 milyon manat təşkil edib. Beləliklə, ödənişlər yığımları 51,83 min manat üstələyib.
Başqa sözlə, şirkət hər 100 manat hesablanmış sığorta haqqına qarşı 100,7 manat ödəniş edib. İcbari avtosığortanın “Meqa Sığorta”nın ümumi yığımlarında payı 27,3 faiz olduğu halda, ümumi ödənişlərin 59,8 faizi bu sığorta növünün payına düşüb.
Şirkətin icbari avtosığortadakı zərərliliyinin artması bu sahədə risklərin və ödəniş yükünün yüksəldiyini göstərir. Azərbaycanda icbari avtosığorta üzrə tarif mexanizmləri də risklərin daha dəqiq nəzərə alınması məqsədilə yenilənir.
