BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Otel - Restorant

Azərbaycanda hotellərin gəlirləri 500 milyon manata yaxınlaşıb

 Azərbaycanda hotellərin gəlirləri 500 milyon manata yaxınlaşıb

1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda hotel və mehmanxana tipli obyektlərin gəlirləri 497,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Ümumi gəlirin 63,7 faizi nömrələrin təqdim olunmasından, 25,9 faizi ictimai iaşə xidmətlərindən əldə edilib. Gəlirlərin 2,6 faizi müalicə və sağlamlıq xidmətlərinin, 7,8 faizi isə digər xidmətlərin payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hotel gecələmələrinin 81,4 faizi Bakıda qeydə alınıb. Naftalanın payı 5,4 faiz, Qusarın 5,1 faiz, Qəbələnin 2,8 faiz, Qubanın isə 1,3 faiz olub.

Azərbaycan vətəndaşlarının hotellərdə keçirdiyi gecələmələrin sayı 1 milyon 393,7 min təşkil edib. Bu, ümumi gecələmələrin 43 faizinə bərabərdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05