Azərbaycanda həyat sığortası üzrə yığımlar 25 milyon manatdan çox azalıbAzərbaycanda icbari həyat sığortası üzrə toplanan sığorta haqlarında ciddi azalma qeydə alınıb. 2026-cı ilin ilk 9 ayında bu sahə üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon manatdan çox geriləyib.
1businesss.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, hesabat dövründə icbari həyat sığortası üzrə 46 milyon 731 min manat sığorta haqqı toplanıb. Ötən ilin eyni dövründə bu göstərici 71 milyon 811 min manat olub.
İllik müqayisədə sığorta haqları 25 milyon 80 min manat və ya 34,9 faiz azalıb.
Sığorta ödənişlərində də geriləmə müşahidə olunub. 2026-cı ilin yanvar-sentyabr aylarında müştərilərə 3 milyon 102 min manat ödəniş edilib. Ötən ilin eyni dövründə bu məbləğ 4 milyon 232 min manat təşkil edib.
Ödənişlərin həcmi bir il ərzində 1 milyon 130 min manat və ya 26,7 faiz azalıb.
Beləliklə, icbari həyat sığortası bazarında həm yığımlar, həm də sığorta ödənişləri üzrə azalma qeydə alınıb.
