Kino biletləri Birbank-da satılacaq
1business.media xəbər verir ki, Bir ekosistemi Azərbaycanın böyük kinoteatr şəbəkələrindən biri olan CineMastercard ilə yeni tərəfdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində istifadəçilər kino biletlərini əlavə platformaya keçmədən birbaşa Birbank tətbiqi üzərindən əldə edə biləcəklər.
Yeni funksiyada istifadəçilər film və seans axtara, bilet və yer seçə, ödənişi isə tətbiq daxilində həyata keçirə biləcəklər. Bunun üçün Birbank-da xüsusi interfeys yaradılacaq və kinoteatr zalında yerlərin interaktiv xəritədən seçilməsi mümkün olacaq.
Yeni xidmətin texniki inteqrasiya və sınaq mərhələləri başa çatdıqdan sonra 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Əməkdaşlığın Birbank istifadəçiləri üçün kino biletlərinin alınması prosesini sadələşdirəcəyi bildirilir.
