BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Qarabağda sahibkarlara 500 milyon manatlıq kredit dəstəyi

 Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq və mövcud fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün 500 milyon manatlıq kredit mexanizmi tətbiq olunur. Yeni mexanizm çərçivəsində kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti veriləcək.
 
1business.media xəbər verir ki, proqram üzrə nəzərdə tutulan 500 milyon manatlıq kredit portfelinə qarşı dövlət zəmanətlərinin ümumi həcmi 450 milyon manatadək təşkil edə bilər.
 
Mexanizm çərçivəsində sahibkarların kreditlər üzrə illik faiz xərclərinin 50 faizi 36 ayadək dövlət tərəfindən subsidiyalaşdırılacaq.
 
Kredit proqramının əsas şərtləri belədir:
- Bir sahibkar üçün dövlət zəmanətli kreditin maksimum məbləği 5 milyon manatdır.
- Əlaqəli borcalanlar qrupu üçün limit 10 milyon manatdır.
- Kreditin illik faiz dərəcəsi 13 faizdən çox olmamalıdır.
- Kreditin müddəti maksimum 7 il müəyyən edilib.
- Güzəşt müddəti 36 ayadək ola bilər.
Güzəşt müddəti kreditin ümumi müddətinin yarısından çox ola bilməz.
 
Yeni maliyyə mexanizmi Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətinin genişləndirilməsini, yeni biznes layihələrinin həyata keçirilməsini və özəl investisiyaların cəlb olunmasını hədəfləyir.
 
Vacib məqam: 500 milyon manat faktiki verilmiş kreditlərin deyil, mexanizm çərçivəsində nəzərdə tutulan ümumi kredit portfelinin həcmidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05