ABB-nin kredit kartları: Kredit limitləri, faizlər və xidmət haqları1business.media xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit kartları üzrə müştərilərə müxtəlif kredit limitləri, güzəşt müddətləri və taksit imkanları təqdim olunur.
Bankın kredit kartları arasında “TamKart” məhsulları yer alır. Kartların şərtləri, illik xidmət haqları və kredit imkanları seçilən kart növündən asılı olaraq dəyişir.
ABB-nin kredit kartları üzrə limit 30 min manatadək, istifadə müddəti isə 5 il müəyyən edilib.
Kartların şərtləri belədir:
Kredit kartı Kredit limiti İllik faiz Kartın qiyməti
TamKart Max 30 000 AZN-dək 27–29% –
TamKart Classic 300–30 000 AZN 18–29% Pulsuz
TamKart Gold Kredit 300–30 000 AZN 22% 30 AZN
TamKart Premium Kredit 300–30 000 AZN 18% 300 AZN
TamKart Platinum Kredit 300–30 000 AZN 20% 100 AZN
Kartlar üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 18,40–41,60 faiz arasında dəyişir. TamKart Classic, Gold, Premium və Platinum kartlarında maksimum FİFD 40,60 faizdir.
TamKart Max kartının əlavə imkanları
- 60 günədək güzəşt müddəti;
- 24 ayadək taksit imkanı;
- 100 faiz nağdlaşdırma limiti;
- 5 il istifadə müddəti.
Yeni TamKart Max kartında “TAM 12” funksiyası ilə müəyyən əməliyyatlar üzrə 12 ay faizsiz ödəniş imkanı da mövcuddur. Bu imkan kredit limitinin 20 faizi, maksimum 2 000 manatla məhdudlaşır.
Kart seçərkən yalnız illik faiz dərəcəsinə deyil, xidmət haqqına və faktiki illik faiz dərəcəsinə də diqqət yetirmək vacibdir.
