BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Banklarda manat əmanətləri: Ən yüksək faiz 10,5%-dir

 Banklarda manat əmanətləri: Ən yüksək faiz 10,5%-dir
Azərbaycanda bankların noyabr ayı üzrə manatla müddətli əmanətlərə təklif etdiyi faiz dərəcələri açıqlanıb. Araşdırmaya əsasən, 12 aylıq əmanətlər üzrə ən yüksək illik gəlirlilik 10,5 faiz təşkil edir
 
1business.media xəbər verir ki 12 aylıq əmanətlərdə ən yüksək faiz dərəcəsini AFB Bank təklif edir. Bankda bu müddətə yerləşdirilən vəsait üzrə faizlərin müddətin sonunda ödənilməsi şərti ilə illik gəlirlilik 10,5 faizdir.
 
Digər bankların təklifləri isə müddətdən və faizlərin ödənilmə qaydasından asılı olaraq dəyişir.
 
Bankların 6, 9, 12, 18, 24 və 36 aylıq əmanət şərtləri müqayisə edilib. Cədvəldə faizlərin aylıq və müddətin sonunda ödənilməsi üzrə göstəricilər, eləcə də minimum əmanət məbləğləri əks olunub.
 
Məsələn, AFB Bankda minimum əmanət məbləği 100 manat, ABB-də 500 manat, AccessBank-da 50 manat, Yelo Bankda isə 100 manatdır.
 
Əmanət yerləşdirmək istəyən vətəndaşlara bank seçərkən faiz dərəcəsi ilə yanaşı, müqavilənin müddətini, minimum məbləği və vaxtından əvvəl pulun çıxarılması şərtlərini də nəzərə almaq tövsiyə olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05