“Yelo Bank”dan Zəfər Gününə özəl kampaniya: 44 günün faizini bank ödəyəcək“Yelo Bank” Zəfər Günü münasibətilə nağd kredit müştəriləri üçün xüsusi kampaniya başladıb. Noyabr ayının sonunadək rəsmiləşdirilən kreditlər üzrə son 44 günün faiz ödənişini bank özü qarşılayacaq.
1business.media xəbər verir ki, kampaniya çərçivəsində müştərilər maksimum 80 min manat məbləğində nağd kredit əldə edə bilərlər.
Kreditlər üzrə illik faiz dərəcəsi 8,9 faizdən başlayır. Ödəniş müddəti isə 59 ayadək müəyyən edilib.
Bankın təklifindən ev təmiri, təhsil xərcləri və digər şəxsi ehtiyaclar üçün vəsaitə ehtiyacı olan müştərilər yararlana bilərlər.
Kampaniya yalnız 2026-cı ilin noyabr ayının sonunadək qüvvədədir. Onlayn müraciət üçün Yelo Bankın rəsmi səhifəsinə daxil olmaq mümkündür.
