BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Rabitəbank Zəfər Gününə özəl biznes kampaniyasına başladı

 Rabitəbank Zəfər Gününə özəl biznes kampaniyasına başladı

1business.media xəbər verir ki, Rabitəbank 8 Noyabr – Zəfər Günü münasibətilə biznes müştəriləri üçün xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində biznes krediti rəsmiləşdirən sahibkarlar bir sıra bank xidmətlərindən 1 il müddətində ödənişsiz yararlana biləcəklər.

1 dekabr 2026-cı ilədək davam edəcək 44 günlük kampaniyaya ölkədaxili AZN köçürmələri, bankdaxili köçürmələr, nağdsız valyuta mübadiləsi və cari hesablardan nağd vəsaitin verilməsi xidmətləri daxildir. Sahibkarlar POS-terminallar üzrə aylıq xidmət haqqından da azad olunacaqlar.

Bank bildirir ki, kampaniya sahibkarların bank əməliyyatları üzrə xərclərini azaltmağa və qənaət olunan vəsaiti biznesin inkişafına yönəltməyə imkan verəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05