Qarabağda biznes qurmaq istəyənlərin sayı 4 593-ə çatıbQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes qurmaq istəyən sahibkarların müraciətlərinin sayı 4 593-ə çatıb. Müraciətlərin 507-si xarici ölkələrdən daxil olub.
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın 1-dək daxil olan müraciətlərin 4 086-sı yerli, 507-si isə xarici sahibkarlar tərəfindən təqdim edilib. Xarici müraciətlər 39 ölkəni əhatə edir.
Konkret investisiya layihələri üzrə 3 467 müraciət qeydə alınıb. Bu layihələrin 98 faizi yerli, 2 faizi isə xarici sahibkarların payına düşür.
Hansı sahələrə maraq daha çoxdur?
İnvestisiya layihələrinin sahələr üzrə bölgüsü belədir:
- 63% – ticarət və xidmət sektoru;
- 15% – kənd təsərrüfatı;
- 13% – sənaye;
- 9% – tikinti, turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika.
Göstəricilər Qarabağ və Şərqi Zəngəzurda sahibkarların əsas marağının ticarət və xidmət sahəsinə yönəldiyini göstərir.
Qeyd edək ki, daxil olan müraciətlərin hamısı təsdiqlənmiş və ya icrasına başlanılmış investisiya layihələri demək deyil.
