BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Mədənçıxarmada əmək məhsuldarlığı kənd təsərrüfatını 195 dəfə üstələyir

 Mədənçıxarmada əmək məhsuldarlığı kənd təsərrüfatını 195 dəfə üstələyir

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində bir məşğul şəxsə düşən əlavə dəyər arasında ciddi fərq var. Ən böyük fərq mədənçıxarma sənayesi ilə kənd təsərrüfatı arasında qeydə alınıb.

1business.media xəbər verir ki, 2025-ci ildə mədənçıxarma sənayesində bir məşğul şəxsə düşən illik əlavə dəyər 840 min 314,7 manat təşkil edib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə bu göstərici 4 min 310,6 manat olub.

Beləliklə, mədənçıxarma sektorunda bir işçiyə düşən əlavə dəyər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindəki göstəricidən təxminən 195 dəfə çoxdur.

Digər sahələrdə də göstəricilər fərqlənir. Maliyyə və sığorta fəaliyyətində bir məşğul şəxsə düşən illik əlavə dəyər 67 min 245,9 manat, daşınmaz əmlak əməliyyatlarında 57 min 194,5 manat, informasiya və rabitə sektorunda isə 43 min 963,8 manat olub.

Nəqliyyat və anbar təsərrüfatında bu göstərici 41 min 391,8 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 40 min 867,7 manat, emal sənayesində 25 min 112,2 manat təşkil edib.

Təhsil sektorunda bir məşğul şəxsə düşən əlavə dəyər 12 min 70,9 manat, səhiyyə və sosial xidmətlərdə 15 min 960,1 manat, ticarətdə isə 20 min 70,3 manat olub.

İqtisadi fəaliyyət növləri üzrə ümumi əmək məhsuldarlığı göstəricisi 22 min 858,2 manat təşkil edib. Qeyd olunan rəqəmlər əməkhaqqını deyil, bir məşğul şəxsə düşən ümumi əlavə dəyəri ifadə edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05