1business.media xəbər verir ki, 2021–2025-ci illərdə Azərbaycanda 57 ölkənin vətəndaşları ümumilikdə 6 913 daşınmaz əmlak əldə edib.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, həmin dövrdə ən çox daşınmaz əmlak alanlar Rusiya vətəndaşları olub. Onlar Azərbaycanda 4 638 əmlak alıblar.
Siyahıda Gürcüstan vətəndaşları 716 əmlakla ikinci, Türkiyə vətəndaşları isə 312 əmlakla üçüncü yerdə qərarlaşıb.
İlk onluqda Ukrayna (198), İran (187), Qazaxıstan (160), Almaniya (105), ABŞ (72), Albaniya (63) və İsrail (58) vətəndaşları da yer alıb.
Ümumi alınan əmlakların 6 376-sı mənzil, fərdi yaşayış və bağ evləri, 537-si isə qeyri-yaşayış obyekti olub.
