Qeyri-neft ixracında Böyük Britaniya lider oldu: 3,48 milyard dollarlıq məhsul göndərilib
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsulları ixracında Böyük Britaniya ilk sıraya yüksəlib. Hesabat dövründə bu ölkəyə 3 milyard 482,9 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac olunub. Bu, ümumi qeyri-neft ixracının 52,36 faizini təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracı 6 milyard 651,6 milyon dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 649,2 milyon dollar təşkil edib. Beləliklə, qeyri-neft ixracı il ərzində 4 milyard dollar və ya 151,08 faiz artıb.
Əsas ixrac istiqamətləri sırasında Rusiya 881,4 milyon dollarla ikinci, Türkiyə 475,2 milyon dollarla üçüncü olub. Gürcüstana 443 milyon dollar, İsveçrəyə isə 327,9 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib.
Rusiyaya ixrac illik müqayisədə 0,28 faiz, Türkiyəyə ixrac isə 9,04 faiz artıb. Gürcüstana ixracda 80,99 faiz, İsveçrəyə ixracda isə 32,37 faiz artım qeydə alınıb.
