BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Azərbaycanda kiçik biznesə kreditlər azalıb

  Azərbaycanda kiçik biznesə kreditlər azalıb

1business.media xəbər verir ki, 2026-cı il sentyabrın 30-na Azərbaycanda biznes kreditlərinin ümumi portfeli 18 milyard 440 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 895,4 milyon manat və ya 18,6 faiz artıb.

Hesabat dövründə iri sahibkarlığa verilən kreditlərin həcmi 10 milyard 159,3 milyon manat olub. Avqustla müqayisədə bu portfel 470,1 milyon manat və ya 4,8 faiz artıb.

Mikro sahibkarlığa ayrılan kreditlər 4 milyard 90,7 milyon manata çatıb və aylıq 4,2 faiz artıb. Orta sahibkarlıq üzrə kredit portfeli isə 2 milyard 354,8 milyon manat olub və 0,2 faiz yüksəlib.

Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi isə 1 milyard 835,3 milyon manat təşkil edib. Bu göstərici avqust ayı ilə müqayisədə 23,2 milyon manat və ya 1,25 faiz azalıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05