Mikrobiznes kreditinə 5%-dək endirim – Kampaniya noyabrın 30-dək davam edəcəkFərdi sahibkarlar “Birbank Biznes” vasitəsilə mikrobiznes kreditini 5%-dək endirimlə əldə edə biləcəklər. Kampaniya 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərini əhatə edir.
1business.media xəbər verir ki, kampaniyadan yararlanmaq üçün kredit müraciəti “Birbank Biznes” tətbiqi üzərindən tam onlayn rəsmiləşdirilməlidir.
Mikrobiznes krediti VÖEN sahibi olan, sahibkarlıq və ya peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulub. Ticarət, istehsal, xidmət, gözəllik və kənd təsərrüfatı sahələrində çalışan sahibkarlar 500 manatdan 50 min manatadək kredit əldə edə bilərlər.
Kreditin rəsmiləşdirilməsi zamanı zamin, girov, biznesə baxış və əlavə sənədlər tələb olunmur. Müraciətlər rəqəmsal qaydada qiymətləndirilir.
Kampaniya sahibkarlara bizneslərinin inkişafı üçün maliyyə vəsaitini daha sərfəli şərtlərlə əldə etmək imkanı yaradır.
