BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Xüsusi şərtlərlə pensiya alanların sayı artıb

 Xüsusi şərtlərlə pensiya alanların sayı artıb

1business.media xəbər verir ki, Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı son bir ildə 2 399 nəfər və ya 1,6% artaraq 151 963 nəfərə çatıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

2026-cı ilin oktyabrında xüsusi şərtlərlə pensiya alanların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Yaşa görə xüsusi şərtlərlə pensiya alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 313 nəfər və ya 2,9% artıb. Bu göstərici 113 248 nəfərdən 116 561 nəfərə yüksəlib.

Əlilliyə görə xüsusi şərtlərlə pensiya alanların sayı isə 14 180 nəfərdən 12 184 nəfərə düşüb. Bu, 1 996 nəfər və ya 14,1% azalma deməkdir.

Ailə başçısını itirməyə görə xüsusi şərtlərlə pensiya alanların sayı da 22 136 nəfərdən 23 218 nəfərə yüksəlib. Artım 1 082 nəfər və ya 4,9% təşkil edib.

Ümumi artım əsasən yaşa və ailə başçısını itirməyə görə xüsusi şərtlərlə pensiya alanların sayının çoxalması hesabına formalaşıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05