Azərbaycanda qadın sahibkarların sayı 344 mini keçib
1business.media xəbər verir ki, 2026-cı ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfərə çatıb.
Onların 344 min 509 nəfəri qadın, 1 milyon 109 min 552 nəfəri isə kişi olub. Beləliklə, qadın fərdi sahibkarların sayı ötən ilin əvvəli ilə müqayisədə 21 min 88 nəfər və ya 6,5 faiz artıb.
Kişi fərdi sahibkarların sayı isə bir il ərzində 43 min 181 nəfər və ya 4 faiz artaraq 1 milyon 109 min 552 nəfərə yüksəlib.
Ümumilikdə fərdi sahibkarların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 min 269 nəfər və ya 4,6 faiz artıb. Buna baxmayaraq, fərdi sahibkarlar arasında kişilərin sayı qadınlardan 3,2 dəfə çox olaraq qalır.
2025-ci ilin əvvəlində Azərbaycanda 323 min 421 qadın və 1 milyon 66 min 371 kişi fərdi sahibkar fəaliyyət göstərib.
